Koronavirus təkcə ölkələrin deyil, ayrı-ayrı iş adamlarının, milyarderlərin də büdcəsinə mənfi mənada təsir edib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, “Forbes” jurnalı sözügedən epidemiyaya görə, dünyanın ən çox maliyyə itkisi yaşamış milyarderlərinin onluğunu çap edib.
Həmin onluğu təqdim edirik:
-
“Amazon”un rəhbəri Ceff Bezos. Onun itkisi 14,1 milyard dollardır.
-
Dünyanın dördüncü varlı şəxsi Uorren Baffet. Məşhur investor 9,8 milyard dollar itirib.
-
“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask isə 8,9 milyard dollar itki yaşayıb.
-
“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq 8,5 milyard dollar itirib.
-
“Oracle” şirkətinin banisi Larri Ellison 7,7 milard dolları ilə vidalaşmalı olub.
-
“Louis Vuitton” şirkətlər qrupunun rəhbəri və Avropanın ən varlı şəxsi Vernar Arnonun büdcəsindən isə 7,4 milyard dollar gedib.
-
“Google” şirkətinin banilərindən biri Larri Peyc 7,3 milyard dollar itirib.
-
“Google” şirkətinin digər rəhbəri Serger Brin isə 7 milyard dolları ilə vidalaşıb.
-
“Microsoft”un rəhbəri Bill Geyts 6,6 milyard dollar itirib.
-
“Zara” şirkətlər qrupunun banisi Amansio Arteqa isə 6,1 milyard dollar itki ilə siyahını tamamlayır.