Xeyli sayda azərbaycanlı Almaniyadan deportasiya edildi


Dünən - 29 fevral 2020-ci ildə Almaniyanın Berlin şəhərindən Azərbaycana 29 nəfər həmvətənimiz deportasiya edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Legat" İnteqrasiya Mərkəzi özünün sosial şəbəkələrdəki səhifələrində məlumat yayıb. Bildirilir ki, 29 fevral 2020-ci ildə Almaniyada qanunsuz yaşayan və ya qaçqın statusu haqqında müraciətinə rədd cavabı verilən 29 nəfər həmvətənimiz polisin və təcili yardım maşınlarının müşaiyəti ilə hava limanına aparılıb. Daha sonra onlar xüsusi çartet reysi ilə Azərbaycana - H.Əliyev adına hava limanına yola salınıb. Məlumata görə səhhətində olan problemləri nəzərə alaraq bir ailəni Berlində təyyarəyə mindirmək mümkün olmayıb və həmin ailə deportasiya olunmayıb.
Binə hava limanında Dövlət Miqrasiya Xidmətinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları onları qarşılayıb. Bu son 5 ayda Azərbaycana üçüncü kütləvi deportasiya hesab oluna bilər. Dana əvvəl 18 oktyabrda 19 nəfər, 14 noyabrda isə 61 nəfərdən çox həmvətənimiz Azərbaycana xüsusi reyslə deportasiya edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top