Türkiyə ordusu Rusiya istehsalı olan iki qırıcı təyyarəni vurdu - ANBAAN VİDEO


Türkiyə mətbuatında, türk ordusunun Bəşər Əsəd rejiminə məxsus iki ədəd Su-24 tipli, Rusiya istehsalı olan qırıcı təyyarəni vurması ilə bağlı xəbərlər yayılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Bəşər Əsəd rejimi tərəfindən bu məlumat təsdiqlənib. Bildirilir ki, təyyarələrin pilotları paraşütlər vasitəsilə xilas ola biliblər.
Daha sonra Türkiyənin Müdafiə Nazirliyi də xəbəri sosial şəbəkələr vasitəsilə doğrulayıb. Qeyd edək ki, bu gün Türkiyənin Müdafiə naziri Hulusi Akar İdlibdə “Bahar qalxanı” adlı hərbi əməliyyatlara başladıqlarını bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top