“Sputnik Türkiyə”nin 3 əməkdaşı həbs edildi – FOTO+YENİLƏNİB


“Sputnik” İnformasiya Agentliyinin Türkiyə filialının əməkdaşlarının saxlanılması barədə məlumat vermişdik.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxlanılanlardan filialın rəhbəri Mahir Boztəpə sərbəst buraxılıb.
Qeyd edək ki, Mahir Boztəpə barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladılıb.


***     15:53
Rusiyanın “Sputnik” informasiya agentliyinin Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən filialının (Sputnik Türkiyə) 3 əməkdaşı həbs edilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb, sözügedən mətbuat orqanında “Oğurlanmış əyalət: Hatay vilayətinin 80 il əvvəl Fransa tərəfindən Türkiyəyə verilməsinin səbəbi”( Çalıntı eyalet: Hatay 80 yıl önce neden Fransa tarafından Türkiye'ye verildi) sərlövhəsi ilə yayımlanan məqalə olub.
Ankara Baş Prokurorluğu tərəfindən saxlanılan şəxslərin, sözügedən filialın baş redaktoru və iki müxbiri olduğu aydınlaşıb.
Qeyd edək ki, sözügedən məqalədə, 1923-cü ildə imzalanan Lozanna Müqaviləsi ilə Türkiyə xəritəsinin yenidən tərtib olunduğu bildirilib və Hatay vilayətinin gözlənilmədən Türkiyə xəritəsinə daxil edildiyi iddia edilib. Ölkənin ana müxalifəti CHP-nin(Cümhuriyyət Xalq Partiyası) Hatay millət vəkili Sərxan Topal, məqalənin Hatayda yaşayan insanlara təhqir olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top