Təhsil Nazirliyindən rəqs edən müəllimə barədə AÇIQLAMA

Azərbaycanın orta məktəblərinin birində müəllimin sinifdə “Məsti Xumar” mahnısına rəqs etməsi sosial şəbəkə və mediada ciddi müzakirələrə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov musavat.com-a açıqlamasında sözügedən müzakirələri dəyərləndirdiklərini bildirib: “Düşünmürük ki, burda nəsə qeyri-adi hadisə baş verib. Sadəcə olaraq, müəllimə özünün fərdi iş vaxtında musiqi sədası altında rəqs edib. Burda qeyri-adi və əcaib bir forma görmürük. Hər bir insanın gündəlik həyatında baş verə biləcək bir andır. Mənə elə gəlir ki, bizim mediada bu hadisəyə aqressiv və tünd rənglərin verilməsi doğru deyil”.

DİGƏR XƏBƏRLƏR

Top