Ərdoğan və Putinin görüşəcəyi tarix BƏLLİ OLDU


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Moskvada həmkarı Vıadimir Putin ilə görüş keçirəcək.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan, son günlər Suriyanın İdlib şəhərində baş verən hadisələr və 34 Türkiyə əsgərinin şəhid olması məsələsi ilə bağlı Putinlə danışıq aparmaq üçün martın 5-də Moskvaya gedəcək.
Heyətdə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar və Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidanın da olacağı bildirilib. Bu şəxslərin 1 gün əvvəlcədən Moskvaya gedəcəyi ehtimal olunur.

DİGƏR XƏBƏRLƏR

Top