Bunlar idxal gömrük rüsumundan azad edildi - Baş Nazirdən qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.
Yeniavaz.com
xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” genişləndirilib.
İndiyə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahı aşağıdakı kimi olub:
XİFMN üzrə kodu Mal mövqelərinin adları
1 2
Qrup 84-dən  
8471 70 500 0 yaddaş qurğuları: sərt maqnit disklərdə
8471 80 000 0 hesablayıcı maşınların digər qurğuları
8473 30 200 0 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: elektron modulları
8473 30 800 0 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: digərləri
Qrup 85-dən  
8528 51 000 0 digər monitorlar: yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan
8542 31 90 Elektron inteqral sxemlər: prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər: digərləri
 
Dəyişikliyə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahı aşağıdakı kimi olacaq: 
 Bu qərar dərc edildiyi gündən 30 gün sonra – martın 30-da qüvvəyə minir.

DİGƏR XƏBƏRLƏR

Top