Çində koronavirusa yoluxanların yarıdan çoxu sağalıb

Çində koronavirusa yoluxanların yarıdan çoxu sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi xəbər yayıb.
Bildirilib ki, bu vaxta qədər Çində 79 mindən çox virusa yoluxma halı qeydə alınıb və onlardan 41 mindən çoxu sağalaraq evinə dönüb. Bu da ümumi yoluxanların 52 faizini təşkil edir.
Hal-hazırda isə təxminən 33 min nəfər hələ müalicə almaqdadır.
Qeyd edək ki, bu günə kimi dünyada 86,9 min koronavirusa yoluxma halı qeydə alınıb ki, onun da əksəriyyəti Çinin payına düşür. Yoluxanlardan 2,9 min nəfər isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top