Bakıda "BakuBus" yandı


Bakıda Nəsimi rayonunun Azadlıq prospektində metronun "28 May" stansiyasının yaxınlığında "BakuBus" MMC-yə məxsus sərnişin avtobusunda yanğın baş verib.

88 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus hərəkətdə olarkən mühərrik hissəsi qəfil alovlanıb.

Sürücünün peşəkar davranışı nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində sərnişinlərə hər hansı bir zərər dəyməyib və xəsarət alan olmayıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb edilib, alovun söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir. /APA

DİGƏR XƏBƏRLƏR

Top