Türkiyə ABŞ-dan "Patriot" istədi


Türkiyə ABŞ-dan "Patriot" uzun mənzilli zenit-raket kompleksi istəyib.

Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir qeyd edib ki, rejim və dəstəkçilərinin hücumları getdikcə artır: "Mülki şəxsləri, xəstəxanaları, məktəbləri fərq qoymadan bombalayırlar və əsgərlərimizi hədəf alırlar. Rusiyanın birbaşa hücum edən tərəf adladıra bilmərik amma rejimə dəstək verirlər. Dünən rus-türk heyətləri arasında görüş olsa da problem yalnız prezidentlərin görüşü ilə həll ola bilər deyə düşünürəm. ABŞ "Patriot"ları geri göndərə bilər, hal-hazırda hava müdafiə sisteminə ehtiyacımız var".
Çavuşoğlunun sözlərinə görə, Ərdoğan ilə Putin arasında görüş martın ilk həftəsi baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top