İdlibdə Suriya generalları öldürüldü.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin 34 əsgərin şəhid edilməsindən sonra İdlibdə əməliyyatları davam edir. Verilən məlumatlara görə, Suriyada öldürülən Bəşər Əsəd tərəfdarı hərbçilər içərisində 3 general var. Ümumilikdə isə 2100 Suriya əsgərinin Türkiyə tərəfindən edilən hücum nəticəsində öldürüldüyü bildirilib.
Ruslan Yusibov