Vyetnamda koronavirusla bağlı qəribə hadisə- 20 gündür ki...


Vyetnamda koronavirusla bağlı son yaşananlar hər kəsi təəccübləndirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Vyetnam hökumətindən verilən açıqlamaya görə, ölkədə 20 gündür ki, koronavirusa yoluxma halı qeydə alınmayıb. Həmçinin məlum xəsətəlik səbəbilə xəstəxanaya yerləşdirilən virus daşıyıcılarının hamısı sağalaraq evlərinə buraxılıb. Qeyd edək ki, Vyetnamda 16 vətəndaşın koronavirusa yoluxduğu bildirilmişdi. Bu hadisə ilə bağlı açıqlama verən Ümumdünya Səhiyyə Təşkilatı Vyetnamın koronavirusla bağlı sürətli tədbirlər görməsinin nəticəsi olduğunu bildirib.
Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top