İran bankı Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib

“Bank Melli İran”ın Bakı filialı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Yeniavaz.com baku.ws-ə istinadla xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank vurulmuş maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

Üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamenti göstərilib.

Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan Bakı Şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top