Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Suriya məsələsi barədə açıqlama verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan aylar əvvəldən suriyalı miqrantların çoxaldığı barədə xəbərdarlıq etdiklərini bildirib: "Biz demişdik ki, sərhəddi açacağıq. Narahat oldular, bizə inanmadılar. Biz də dünən qapıları açdıq. Bu gün etibarilə sərhəddə doğru irəliləyən suriyalı miqrantların sayı 18 mini aşıb. Bu rəqəmlər günün sonuna doğru 25-30 mini keçəcəkdir. Sərhəddi sonrakı mərhələdə də bağlamayacağıq".
Ruslan Yusibov