Çində həkimin bu addımı gündəm oldu - VİDEO


Çində marketlərin birində baş verən hadisə ətrafdakıları heyrətə salıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Çinin “Zhengzhou” şəhərində marketdə infarkt keçirən 80 yaşlı adam anidən yerə yıxılıb.
Hadisə yerində olan həkim koronavirus təhlükəsinə baxmayaraq  maskasını çıxararaq xəstəyə müdaxilə edib və ona suni tənəffüs verib.
Adi vaxtda normal hesab olunan bu addım, koronavirus səbəbi ilə insanları təəccübləndirib.
Qeyd edək ki, sözügedən xəstə bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top