
Almaniyada koronavirusa yoluxanların sayı bir gündə üç qat artaraq, 35 nəfərə çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, karantinə düşmək və yaşayış bölgələrinin bağlanması ehtimalından qorxan almanlar marketlərə axın edib.
Xüsusilə “Aldi” və “Lidl” adlı marketlərə gedən insanlar müxtəlif növ qidalar, meyvə-tərəvəz və təmizlik məhsulları olan bölmələri tez bir zamanada boşaldıblar.
Bundan əlavə, apteklərdə maskaların bitdiyi, qrip və boğaz ağrısı dərmanlarının isə sürətlı satıldığı bildirilib.
Lalə Cəfərli
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                