Açıq şəraitdə satılan qoz XƏSTƏLİK MƏNBƏYİDİR - Üzərində bu əlamətlər varsa, almayın!


Qoz ən çox üstünlük verilən çərəz növlərindən biridir. Sağlamlığa faydaları ilə yanaşı, şirniyyatların hazırlanmasında da istifadə edilir. Eyni zamanda bayramlarda süfrələrin bəzəyidir. Məhz buna görə bayram ərəfələrində açıq havada satılan qoz və çərəzlərə tez-tez rast gəlmək mümkündür. Lakin, açıq havada satılan qozun təhlükəli olduğunu bilirdinizmi?
Yeniavaz.com xəbər verir ki, mütəxəssislər qoz alarkən seçdiyimiz məhsulun rəsmi yoxlamalardan keçdiyini, harada və kim tərəfindən istehsal olunduğunu, tövsiyə olunan istehlak tarixini bilməyimizin vacib olduğunu vurğulayıblar. Açıq şəraitdə satılan məhsulların ciddi mikrobioloji risklərinin olduğunu deyən mütəxəssislər bildirib ki, bu zaman məhsulların üzərində müxtəlif növ mikrob və kif toplanır. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, meyvə quruları və çərəzlərin üzərində çoxalan kiflər hesabına yaranan aflatoksin maddəsi ən zərərli kimyəvi maddədir. Həmin maddə xərçəngə səbəb olan maddələr siyahısında bir nömrəli kanserogendir.
Aflatoksin lazımi şəraitdə qurudulmayan və qorunmayan meyvə quruları, açıq şəraitdə satılan çərəzlər, baharatların kiflənməsi nəticəsində ortaya çıxır.
Buna görə mütəxəssislər aldığınız çərəzlərə mütləq şəkildə diqqət etməyinizi tövsiyə edir. Belə ki, çərəzlərin təzə olduğundan əmin olduqdan sonra alınmalı, gigiyena baxımından maksimum təmiz olan məhsulları istifadə etmək gərəkdir.
Xarab olmuş qoz-fındıqdan mütləq şəkildə uzaq olmaq lazımdır. Güclü zəhər olan aflatoksinlər immuniteti zəiflədir, xüsusilə qaraciyərə çox mənfi təsir edir, qaraciyər xərçənginin inkişafının riksini artırır.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top