3 gün əvvəl Xocalıda çəkilən VİDEO görüntü


28 il əvvəl - 1992-ci ilin fevral ayının 26-da Xocalı şəhərində ermənilər tərəfindən 20-ci əsrin ən böyük qətliamlarından biri törədildi.
Yeniavaz.com xəbər verir ki, törədilən qətliamın izlərini silmək məqsədilə ermənilər Xocalı şəhərdə məskunlaşmağa başlayıblar.
Vaxtı ilə bir nəfər belə erməninin yaşamadığı şəhərdə dağıdılmış binaların yerinə yenilərini tikməyə və bununla da 28 il əvvəl baş verən vandalizmin izlərini yox etməyə çalışırlar.
Şəhərdəki dağıntıların miqaysı böyük olduğu üçün ermənilər Xocalı ilə bağlı görüntüləri daha az paylaşmağa üstünlük verirlər.
Xocalıdan olan azsaylı görüntülərdən biri sonuncu dəfə 3 gün əvvəl ermənilər tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top