Dünyanın ən böyük turizm sərgisi koronavirusa görə ləğv edildi


Bu il 54-cüsü keçirilməsi planlaşdırılan "Beynəlxalq Berlin Turizm Sərgisi" ləğv edilib.

Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, Almaniya Turizm Birliyi direktoru Mixael Frenzel sərginin koronavirusa görə ləğv edildiyini açıqlayıb. O, sərgiyə qatılan insanların səhhətinin qorunması üçün belə bir qərarı aldıqlarını bildirib. 
Dünyanın ən böyük turizm şirkətlərinin də iştirak etdiyi sərgi 4-8 mart tarixləri arasında Berlində keçirilməsi planlaşdırılırdı.
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top