Azərbaycanın xalq artisti vəfat etdi - FOTO/VİDEO


Azərbaycanın tanınmış teatr və kino aktyoru, xalq artisti Ağaxan Salmanlı vəfat edib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci ildə Suraxanıda anadan olub. O, ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. 

1978-ci ilə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb. 

DİGƏR XƏBƏRLƏR

Top