İdlibdə daha bir türk əsgəri şəhid olub, yaralılar var


Suriyada daha bir türk əsgəri şəhid olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İdlibdə Bəşşar Əsədə məxsus hərbi qüvvələrinin artilleriya atəşi nəticəsində 1 türk əsgəri şəhid olub, 2 hərbçi yaralanıb. 

Türkiyə Ordusu qarşı tərəfin hərbi obyektlərinə cavab atəşləri endirir. Nazirliyin açıqlamasıa görə, rejimə aid 8 tank, 4 zirehli maşın, 5 haubitsa və 56 silahlı məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top