"Koronavirus aşkarlanmamışdan öncə və sonra sərhəddə işlər davam edir. Sərhədi keçən şəxslər termovizorla yoxlanılır, sonra ikinci mərhələdə həkimlər müayinə edir. Şübhə olanda karantinə alınır və virusla bağlı müayinə olunur".
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bütün xəstəxanalara qoruyucu vasitələr verilib: "Hazırda Astara, Cəlilabad və Qobustanda 3 karantin xəstəxana var. Eyni zamanda dəstəkverici xüsusi xəstəxanalar da var, bunlar isə Biləsuvar, Masallı və Bakıdadır".