Bakıdan Belarusa gedən tələbədə koronavirus aşkarlanması ilə bağlı RƏSMİ AÇIQLAMA


TƏBİB Bakıdan Belarusa təyyarə ilə gedən iranlı tələbədə koronavirus aşkarlanması məsələsinə münasibət bildirib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, həmin şəxs sərhədi keçəndə onda xəstəliyin heç bir əlaməti aşkarlanmayıb, temperaturu da normal olub: “Bu cür xəstəliklərdə kəskin başlanma ola bilir, yəni yavaş-yavaş başlamır. Sərhəddə insanları yoxlayanda bəzən narazılıq edirlər, amma insanlar nə qədər yoxlanılsalar, xəstəlik riski az olar. İnsanlar həddindən artıq çox gedib-gəlirlər. İnsanların özündə də bir düşüncə olmalıdır ki, xəstəlik olan yerlərə getməsinlər”.

DİGƏR XƏBƏRLƏR

Top