Qafqaz Müsəlmanları İdarəsindən ümrə ziyarətlərinin dayandırılması ilə bağlı AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərinin müvəqqəti olaraq dayandırılmasına münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə QMİ-dən "report"a Səudiyyə Ərəbistanı Krallığının dünyada yayılmağa davam edən koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərini müvəqqəti olaraq dayandırdığı bildirilib:

"Qərarla əlaqədar Qafqaz Müsəlmanları İdarəsini Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri şəxsən məlumatlandırıb. Qafqaz Müsəlmanları İdarəsi məsələyə münasibət bildirərək, ilk növbədə zəvvarların sağlamlığını nəzərə alan həmin qərarı bəyəndiyini və tam dəstəklədiyini bəyan edib".

DİGƏR XƏBƏRLƏR

Top