BŞİH bağçalarla bağlı müşavirə keçirəcək - Koronavirusa görə

Koronavirus xəstəliyi səbəbindən Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində davamiyyət aşağı düşüb. Valideynlər azyaşlıları bağçalara göndərməkdən imtina edirlər.

Yeniavaz.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov modern.az-a açıqlamasında yaxın günlərdə yayılan xəbərlərə aydınlıq gətiriləcəyini bildirib: “Hazırda məktəbəqədər təhsil müəssisələrində davamiyyət barədə konkret bir söz deyə bilmərəm. Gələn həftə məktəbəqədər təhsil müəssisləri ilə bağlı İcra Hakimiyyətində müşavirə keçiriləcək. Güman ki, bu məsələlər də orada müzakirə olunacaq”.

DİGƏR XƏBƏRLƏR

Top