Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan arasında keçən telefon danışığı barədə yeni açıqlama verilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Rabitə naziri Fəxrəddin Altun Putinlə Ərdoğanın telefonla danışaraq üz-üzə görüşmək qərarına gəldiklərini açıqlayıb.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Putinlə Ərdoğanın telefonla İdlib məsələsini danışdıqları xəbərini vermişdi. Həmin danışıqda Putinin Ərdoğana başsağlığı verdiyi bildirilmişdi. Həmçinin telefon danışığı zamanı hər iki tərəfin İdlib razılaşmasına əməl etməsi məsələli müzakirə edilmişdi.
Ruslan Yusibov