Koronavirusa görə evlərə naməlum şəxslərin daxil olması ilə bağlı Bakı polisindən AÇIQLAMA

“Koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb:

“Bu və ya digər formada paytaxtın polis orqanlarına şəhər sakinləri tərəfindən bu məsələ ilə bağlı müraciət daxil olmayıb”.

DİGƏR XƏBƏRLƏR

Top