Putinin son vaxtlarda verdiyi ən gərgin müsahibə - "Heç kəs boş yerə "dubinka" ilə döyülmür" - VİDEO


Rusiya prezidenti Vladimir Putin rusiyalı jurnalistə müsahibə verib.
Yeniavaz.com xəbər verir ki, TASS xəbər agentliyi Rusiya prezidenti Vladimir Putindən müsahibə alıb. Jurnalist Putinə bir neçə sərt sual verib. Onlardan biri, "cənab prezident, axırıncı dəfə nə vaxt hakimlərə zəng etmisiz" sualıdır. Putin bu sualı eşidib, jest və mimikaları ilə sərt reaksiya verir və bildirir ki, o hakimlərə zəng etmir. Digər bir sual isə polis tərəfindən razılaşdırılmamış mitinqlərdə  vətəndaşların "dubinka" ilə döyülməsi barəsində olub. Putin bu suala cavab verərək bildirib ki, heç kəsə səbəbsiz yerə "dubinka" vurulmur. Jurnalist isə "Cənab prezident, qadınların, uşaqların döyüldüyü videoları izləyin!" - deyə, Rusiya prezidentinə cavab verib. Putin isə insanları qanun və qaydalara əməl etməyə çağırıb.
Olduqca gərgin keçən həmin müsahibəni təqdim edirik:

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top