Rusiya Aralıq dənizinə 2 hərbi gəmi göndərdi - FOTOLAR

Rusiya Suriyaya yaxın bölgələrə iki hərbi gəmi göndərdiyini açıqladı.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya rəmiləri Aralıq dənizinə göndərilən gəmilərin Suriya sahillərinə yaxın bölgələrdə yerləşdiriləcəyini açıqlayıb. Verilən məlumatlara görə, yaxın saatlarda hər iki gəmi İstanbul boğazından keçib. Qeyd edək ki, Rusiya Suriyada gərginliyin artmasına səbəb olan Türkiyə əsgərlərinin şəhid edilməsindən sonra belə bir addım atmaq qərarına gəlib. Xatırladaq ki, Türkiyə 1936-cı ildə imzalanan müqaviləyə əsasən açıq müharibə təhdidi olmadığı müddətcə boğazlardan xarici gəmilərin keçməsinə icazə verməlidir.


Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top