Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib

Hadisə rayonun M.Füzuli küçəsində qeydə alınıb.

Rayon sakini, 39 yaşlı Vüqar Zeynalov həyat yoldaşı, 37 yaşlı Aytən Zeynalovanı bıçaqlayıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadına dörd bıçaq vurulduğu məlum olub. Hazırda vəziyyəti orta - ağırdır.

Hadisəni törədən V. Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Esmira Hidayətova, Bərdə

DİGƏR XƏBƏRLƏR

Top