Avropa Liqası: Türkiyənin yeganə təmsilçisi 1/8 finalda


UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 1 cavab oyunu yekunlaşıb.

Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Portuqaliya "Sportinq"ini qəbul edib. Görüşün əsas vaxtı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

31-ci dəqiqədə Martin Şkrtel "Başakşehir"i hesabda önə çıxarıb. 45-ci dəqiqədə Daniel Aleksiç növbəti qolu vurub. 68-ci dəqiqədə Lusiano Vietto fərqi azaltsa da, 90+2-ci dəqiqədə Edin Vişça Türkiyə klubunun aktivinə vacib qol yazıb.

İlk matçda "Sportinq" də eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt təyin edib. Bu bölümdə isə "Başakşehir" daha bir qol vurub: 119-cu dəqiqədə Vişça penaltidən dəqiq yararlanıb. Nəticədə İstanbul komandası 4:1 hesablı qələbə sayəsində 1/8 finala adlayıb. 

Qeyd edək ki, daha əvvəl Almaniya "Volfsburq"u və "Bayer"i, İngiltərə "Vulverhempton"u, İsveçrə "Bazel"i, İtaliya "Roma"sı, Avstriya LASK-ı və Şotlandiya "Reyncers"i də mərhələ adlayıb. //Report

DİGƏR XƏBƏRLƏR

Top