İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı - YENİLƏNİB - VİDEO

Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.

Onun sözlərinə görə, hazırda yaralı olan hərbçilər intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur.

 

***01:42
Suriyada Türkiyə hərbçilərinin şəhid sayı artıb. Hatay valisi Rahmi Doğanın sözlərinə görə  22 türk əsgəri şəhid olub.
 

***01:14

"Suriyanın İdlib bölgəsində Türkiyə Ordusu rejim tərəfindən hava zərbəsi hücumuna məruz qalmışdır. 9 türk əsgəri şəhid olmuşdur".

Yeniavaz.com İHA-ya istinadən xəbər verir ki, bunu Hatay valisi Rahmi Doğan açıqlayıb. Valinin sözlərinə görə, ağır yaralılar var: "Ağır yaralılarımız var. Yaralılar Cilvegözü sərhəd keçid məntəqəsindən Türkiyəyə gətirilmişdir. Müalicələri davam edir. Xəstəxanalarda qana ehtiyac yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top