Azərbaycanlı şahmatçı Moskvada keçirilən turnirin qalibi oldu


Moskvada keçirilən şahmat üzrə "Aeroflot Open 2020" turnirinə yekun vurulub.

Yarışın sonuncu turunda birinci yer uğrunda oyun iki azərbaycanlı şahmatçı - Rauf Məmmədov və Aydın Süleymanlı arasında olub.

Qarşılaşma heç-heçə bitib. Turnirin qalibi əlavə göstəricilərə görə Aydın Süleymanlı olub.

Turnir ərzində möhtəşəm oyun sərgiləyən Süleymanlı (bütün oyunlarda rəqiblərin reytinqi 2600+ olub) növbəti uğura nail olub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top