İrəvanda bir nəfər öldü – Koronavirusdan şübhələnirlər


Bu gün Ermənistanın paytaxtı İrəvandakı tibb mərkəzlərindən birində bir gün əvvəl xəstəxanaya aparılan 56 yaşlı İran vətəndaşı ölüb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, İran vətəndaşı pnevmoniya səbəbindən ölüb. Lakin pnevmoniyaya koronovirusun səbəb olduğu barədə məlumat verilmir.
Qeyd edək ki, İranda koronavirus qurbanlarının sayı 22-yə çatıb, 140-dan çox insana yoluxub. Virusa yoluxanlar arasında İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri Modjtab Zulnur və Səhiyyə nazirinin müavini İradj Xarirçi də var.

DİGƏR XƏBƏRLƏR

Top