Gürcüstanda koronavirusa yoluxan azərbaycanlının durumu açıqlandı - YENİLƏNİB

“Ötən gün koronavirus diaqnozu qoyulan Gürcüstan vətəndaşı özünü yaxşı hiss edir”.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin birinci müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, həmin şəxsin vəziyyəti tamamilə qənaətbəxşdir.

Nazir müavini pasiyentin həkimlərin nəzarəti altında saxlanıldığını deyib.

Qeyd edək ki, koronavirusun aşkar olunduğu Gürcüstan vətəndaşı etnik azərbaycanlıdır. 



***17:05
Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı “Report”a Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanası və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzində təsdiqləyiblər.

Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma halı ötən gün aşkar olunub. Virusun təsdiq olunduğu həmin şəxs İrandan Azərbaycan vasitəsilə Gürcüstana qayıdıb. 

DİGƏR XƏBƏRLƏR

Top