Bu halda təcili tibbi yardıma müraciət edənlər karantinə alınır – TƏBİB-dən AÇIQLAMA


Koronavirusun göstəricilərindən bəziləri də yüksək hərarət və boğazağrısıdır. Bəs görəsən təcili tibbi yardıma bu kimi hallarla müraciət edənlərə necə medaxilə edilir? Hansı hallarda belə xəstələr koronavirus şübhəsi ilə karantinə alınır?
Bununla bağlı Yeniavaz.com-un sorğusuna cavab verən TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, bəlli simptomlardan koronavirus şübhəsi yaranarsa həmin şəxs karantinə alınır:
“Yüksək hərarətlə təcili tibbi yardıma müraciət edənlərdə koronavirus şübhəsi yaranırsa onu karantinə alırlar, ondan sonra diaqnoz götürülür və bu virusun olub-olmaması təsdiq olunur. Yoxsa adi, hamımızın keçirdiyi bir qızdırmadırsa və yaxud boğazağrısından yaranan kəskin respirator virus infeksiyasıdırsa, bu zaman yerindəcə müdaxilə olunur”.

DİGƏR XƏBƏRLƏR

Top