Çində başlayır, yarasadan yoluxur, qripə bənzəyir - 9 il əvvəlki film yenidən gündəmə gəldi


2011-ci ildə çəkilən "Contagion" (Epidemiya) filmi koronavirus səbəbilə yenidən gündəmə gəlib.
Yeniavaz.com
"Euronews Türkçe"yə istinadla xəbər verir ki, 9 il əvvəl çəkilən "Contagion" (Epidemiya) filmində bu gün bütün dünyaya yayılan koronavirusdan bəhs edilib. Stiven Sodberqin 2011-ci ildə çəkdiyi film, 2020-ci ilin yanvar ayında ABŞ-da ən çox baxılan filmlər sırasına girib. Filmdə xəstəliyə ilk dəfə yoluxan və dünyasını dəyişən Qvayneh Paltro sosial şəbəkə vasitəsilə koronavirus barədə paylaşım edib.
Qeyd edək ki, filmdə bütün dünyada yayılan epidemiyadan bəhs edilir. Həmin virus ilk dəfə Çində yarasadan yayılmağa başlayır və hər yeri əhatə edir. Qripə bənzəyən simptomları ilə diqqət çəkən həmin virus bu gün dünyanın 50-dən çox ölkəsində rast gəlinən koronavirusa eynilə bənzəməsi olduqca diqqət çəkib. Filmin ssenaristi Skot Börns mövzu ilə bağlı danışaraq təəccüblənmədiyini bildirib:
"İnsanlar filmdə 9 il əvvəl baş verən hadisələrin indi reallıqda yaşanmasına möcüzə kimi baxsa da mən heç təəccüblənmədim. Çünki, həmin filmlərin çəkilişləri vaxtı mütəxəssislərlə söhbət etdiyimizdə, belə virusun bir müddət sonra ortaya çıxa biləcəyini bildirmişdilər. Alimlərdən əsasları ilə birgə bənzər virusun gələcəkdə yayılacağını öyrənmişdim".
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top