Pediatr: "Tibbi maskalar virusdan qorunmaq üçün önləyici tədbir deyil"


Çinin Uhan şəhərindən yayılmağa başlayan ölümcül koronavirus bir çox dünya ölkələri ilə yanaşı artıq bizlə qonşu olan İran və Gürcüstanda da aşkar olunub. Mütəxəssislərin fikrincə xəstəlik əsasən immuniteti zəif olan insanlara daha çox yoluxur. Buna görə də bu mövzu hər kəsi, xüsusilə valideynləri daha çox narahat edir.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən pediatr Nigar Süleymanova uşaqları hər hansı viruslardan qorumaq üçün gigiyena qaydalarının vacibliyini vurğulayıb:
“Amma, ümumi viruslardan qorunmaq üçün gigiyena qaydalarına əməl etmək lazımdır. Əllər gün ərzində 4-5 dəfə ilıq su ilə 10-15 saniyə yuyulmalıdır.
Bundan başqa mən maskaların insanları viruslardan qoruduğuna inanmıram. Tibbi maskalar virusdan qorunmaq üçün önləyici tədbir deyil. Qida olaraq isə əgər uşaqlarda allergiya yoxdursa sitrus meyvələrindən daha çox istifadə olunmalı və gün ərzində bol maye qəbul edilməlidir. Daha çox ət yeməkləri, zülal, karbohidratla zəngin qidalar istehlak edilməlidir”.
Lalə Cəfərli
 

DİGƏR XƏBƏRLƏR

Top