Trampdan koronavirusla bağlı açıqlama: “Qrip olan bütün şəxslərdən uzaq gəzirəm”


ABŞ prezidenti Donald Tramp koronavirusla bağlı açıqlama verib.
Yeniavaz.com-un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Tramp bildirib ki, "Covid-19" ABŞ-da yayılmağa başladığı təqdirdə istənilən addımı ata bilərlər: "Konqresdən 2,5 milyard dollar istəmişik. Bu qədər pulun kifayət edəcəyini düşünürük. Nə qədər pul xərcləmək lazımsa xərcləyəcəyik, ümid edirəm çox pulumuz çıxmaz". Tramp həmçinin bildirib ki, hər il ABŞ-da 25-69 min nəfər pnevmaniyadan dünyasını dəyişir. Bununla müqayisədə "Covid-19"un təsiri olduqca aşağıdır. ABŞ prezidenti deyib ki, koronavirusla qrip kimi davranmaq lazımdır: "Əllərinizi yuyun, özünüzü təmiz saxlayın, məcbur olmadığınız müddətcə heç kəslə salamlaşmayın. Mən ətarfımda qrip olan bütün şəxslərdən uzaq gəzirəm".

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top