İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müctəba Zünnur koronavirusa yoluxub.
"Report" IRNA-ya istinadən xəbər verir ki, o, bu barədə özü məlumat verib.
M.Zünnur analizin nəticələrinin müsbət çıxdığını və hazırda karantinə alındığını vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi və Tehranın deputatı Mahmud Sadiqiyə koronavirus diaqnozu qoyulub.
İran Səhiyyə Nazirliyi isə ölkənin 20 əyalətində koronavirusa yoluxma halının qeydə alındığını, indiyədək 22 nəfərin öldüyünü, 54 nəfərin sağaldığını, 141 nəfərə isə koronavirus diaqnozunun qoyulduğunu təsdiqləyib.
🎥 ذوالنور هم به #کرونا مبتلا شد
— خبرگزاری تسنیم 🇮🇷 (@Tasnimnews_Fa) February 27, 2020
حجت الاسلام ذوالنور نماینده مردم قم در مجلس با ارسال این ویدئو از مبتلا شدن خود به ویروس کرونا خبر داد pic.twitter.com/qw2Tn0qgux