Bakıda tikinti şirkəti 15 nəfəri işdən çıxardı: "Bizi 5 ay müqaviləsiz işlədiblər" - İDDİA - FOTOLAR


Bakıda tikinti şirkəti 15 nəfər işçini heç bir səbəb göstərmədən işdən çıxarıb.

Bu barədə Yeniavaz.com-a həmin şirkətdə dəmirçi vəzifəsində çalışmış Babək Namazov bildirib.
“11 aydır “North West” şirkətinin nəzdində tikilən Port Baku 2-də çalışırdım. Fevralın 5-i bizə dedilər ki, işlər dayandırılıb, gedin ayın 17-si gələrsiz. Amma fevralın 15-də işlərin azaldığını deyərək işimizə xitam verdilər”.
Onun sözlərinə görə, şirkət təzminat ödəməkdən boyun qaçırır.
“Həftəsonu, bayram günləri demədən işləmişik. Amma indi təzminat verməkdən imtina edirlər. Üstəlik bizi 5 ay müqaviləsiz işlədiblər. Mən martın 15-i işə başlamışam, amma müqaviləni avqustun 1-i bağlayıblar. İndi də müqaviləmizin vaxtı dolmadan bizi işdən çıxarıblar. Bununla bağlı əmək müfəttişliyinə də müraciət etmişik. Bizə təzminat düşdüyünü və tələb etməli olduğumuzu dedilər”.
Şikayətlə əlaqədar şirkətlə əlaqə saxlamağa çalışsaq da cavab verən olmadı.



DİGƏR XƏBƏRLƏR

Top