Azərbaycanda avtomobil oğurluğu kameraya düşdü - ANBAAN VİDEO


Sumqayıt şəhəri ərazisində avtomobil oğurlanıb. 
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a oğurlanan avtomobilin sahibi Cavid Rəhimli müraciət edib. 
Onun sözlərinə görə, oğurluq hadisəsi fevralın 24-ü, saat 03:54-də baş verib. 
C.Rəhimli bildirib ki, “VAZ 2107” markalı, 2007-ci il buraxılışlı avtomobilinin oğurlanması ilə bağlı Sumqayıt polisinə müraciət edib:
“50-DF-398 dövlət nömrə nişanlı avtomobil fevralın 24-ü gecə saatlarında oğurlanıb. Oğurluq yaşadığım binanın qarşısında baş verib. Hadisənin baş verdiyi ərazinin yaxınlığında təhlükəsizlik kamerası var, həmin görüntülərdən hadisənin dəqiq hansı vaxtda baş verdiyini müəyyənləşdirmişik. Binəqədi, Novxanı, Sumqayıt, Bakı ərazisində yaşayanlardan xahiş edirəm ki, maşını görən varsa, +994552523020 nömrəsinə xəbər etsinlər”.
Avtomobil sahibi oğurluq hadisəsinin başvermə anının əks olunduğu görüntüləri də təqdim edib.

DİGƏR XƏBƏRLƏR

Top