Şirvanda baş verən qətllə bağlı cinayət işi başlanıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri ərazisində yerləşən Sənaye zonasında baş verib.
Şirvan şəhərində məskunlaşan əvvəllər məhkum olunmuş Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında əvvəl boğub və daha sonra isə həyat yoldaşının boğazı damarını kəsərək qətlə yetirib.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.