Suriyada Türkiyənin iki əsgəri şəhid oldu


Türkiyənin Müdafiə Nazirliyi Suriyada 2 əsgərin şəhid olduğunu bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Bəşər Əsəd rejiminin İdlibə hücumu nəticəsində şəhid olan 2 əsgərin ailələrinə təhvil verildiyi bildirilib. Verilən məlumatlarda şəhidlərdən birinin həyat yoldaşının 8 aylıq hamilə olduğu deyilib. Hadisə ilə bağlı Türkiyə ordusu əks hücuma keçib və nəticədə 114 Suriya əsgəri öldürülüb. Həmçinin 3 tank və bir neçə raket ələ keçirilib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top