Səudiyyə Ərəbistanı müqəddəs məkanlara ziyarəti dayandırdı


Yeni növ koronavirusun yayılması səbəbilə Səudiyyə Ərəbistanı xaricdən gələn zəvvarlar üçün ümrə ziyarətlərini dayandırıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı koronavirusa görə, müvəqqəti olaraq ümrə və Məscidi-Nəbəvi ziyarətlərini dayandırıb. Verilən rəsmi açıqlamada məlum virusun təhlükəli həddə yayıldığı və virusa qarşı görülən tədbirlər səbəbilə Səudiyyə Ərəbistanına koronavirusun daha çox yayıldığı ölkələrdən girişin müvəqqəti dayandırıldığı bildirilib. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top