Azərbaycandan keçərək Gürcüstana gedən şəxsdə koronavirus tapıldı


Gürcüstanda yeni növ koronavirusa yoluxma halı aşkar edilib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yekaterina Tikaradze brifinq zamanı bildirib.
“Bir neçə dəqiqə əvvəl Luqar laboratoriyasından analizlərin cavabını əldə etdik, analizlərə əsasən, ölkədə ilk koronavirusa yoluxma halı qeydə alınıb. Virusa yoluxan şəxs Azərbaycandan keçməklə İrandan gələn Gürcüstan vətəndaşıdır”, - deyə nazir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top