ABŞ-da polisin 6 yaşlı qız uşağına qandal vuraraq nəzarətə götürməsi dünya mətbuatında insanların qəzəbinə səbəb olub.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatının Orlando şəhərində baş verib. Belə ki, sentyabr ayında 6 yaşlı Kaya adlı qız uşağının məktəbdə müəlliməsinə təpik atdığı iddia edilmişdi. Məktəb müdiri isə uşağı otağına çağırtdıraraq, bununla əlaqədar polisə şikayət edib. Müdirin otağına girən polis uşağın qorxudan ağlamasına baxmayaraq əlinə qandal vuraraq polis avtomobilinəə aparıb. Yol boyu isə 6 yaşlı qız ağlaya-ağlaya “Nə olar, mənə yenidən şans verin. Mən polis avtomobilinə minmək istəmirəm”, sözlərini deyərək yalvarıb.
Aradan uzun müddət keçməsinə baxmayaraq uşağın valideynləri görüntüləri sosial şəbəkədə yayımlayıblar. Bundan sonra davranışına və uşağa qorxu yaşatdığına görə, Denis Törner adlı polis vəzifəsindən uzaqlaşdırılıb. Sosial şəbəkələrdə yayılan bu görüntülər həm ABŞ, həm də dünya mətbuatında insanların qəzəbinə səbəb olub.
İlahə Hüseynova