Mingəçevirdəki yanğın xəbəri yalan çıxdı


Mingəçevir şəhər M.F.Axundov 3 ünvanından Mingəçevir Yanğından Mühafizə xidmətinə zəng daxil olaraq bildirilib ki, həmin ünvanda fərdi həyət evi yanır.
Yeniavaz.com
xəbər verir ki, dərhal hadisə yerinə yanğından mühafizə bölməsinin iki avtomobili yollanıb. Hadisə yerinə gələn yanğın briqadası heç bir evin yanmadığının şahidi olublar. Hadisə yerinə polis əməkdaşları gəlib. 101 xidmətinə yanğınla bağlı edilən  mobil nömrəyə zəng olunsa da həmin nömrə zənglərə cavab verməyib. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) məlumat verilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top