Ceki Çan koronavirusa yoluxub? - AÇIQLAMA


Məşhur Hollivud ulduzu Ceki Çanın koronavirus şübhəsi ilə karantinə alınması iddiaları yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, iddiaya görə, 65 yaşlı aktyorun iştirak etdiyi bir məclisdə qonaqların arasında koronavirusa yoluxan bir nəfər olub və C.Çan qonaqlar ilə bilikdə karantin rejiminə alınıb. 
Məsələ ilə bağlı açıqlama verən rəsmilər sözügedən xəbəri təkzib edərək C.Çanın həmin gün Honk-Konqun  şimalında yerləşən Kovon yarımadasında nahar yeməyində olduğunu və koronavirus daşıyıcıları ilə eyni mühitdə olmadığını bildirib.

Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top