İmmuniteti zəif olub, tez-tez xəstələnənlərin nəzərinə! - Bu qidaları mütləq yeyin!


Son zamanlar ölkədə uşaqdan tutmuş böyüyə qədər hər kəs qrip, öskürək, yüksək tempertur, suçiçəyi kimi xəstəliklərdən əziyyət çəkir. Bunlarla yanaşı bütün dünyanı təşvişə salan viruslardan biri də Çindən yayılmağa başlayan koronavirus epidemiyasıdır. Mütəxəssislərin fikrincə istər koronavirus, istərsə də digər xəstəliklərin yoluxmasının əsas səbəbi immunitet zəifliyidir. İmmunitet güclü olmadıqda bu xəstəliklər hətta ölümlə nəticələnir.
Yeniavaz.com immuniteti gücləndirən qidaları təqdim edir:
C vitamini güclü antioksidant mənbəyidir. Orqanizmdən zərərli maddələrin atılmasında köməkçi olur. Bundan əlavə, immunitet sistemini gücləndirən C vitamini soyuqdəymə kimi bir çox xəstəliklərinin düşmənidir. Buna görə C vitamini ilə zəngin olan meyvə və tərəvəzlərdən bol-bol istifadə etmək lazımdır. Bunlara əsasən cəfəri, gülkələm, ispanaq, portağal, limon, naringi aiddir.
C vitamini kimi E vitamini də immunitetin gücləndirilməsində vacibdir. E vitamini qaynağı olan qidaları qida rasionunuza daxil etməklə soyuqdəymədən tez xilas ola bilərsiniz. Bunlara fındıq, qoz, badam, yaşıl yarpaqlı tərəvəzlər, quru paxlalılar fəsiləsinə aid edilən qidalar daxildir.  
Mütəxəssislər eyni zamanda balıq yeməklərini də həftədə 2-3 dəfə istehlak etməyi məsləhət görürlər. Balıqlarda bol vitaminlər (B1, B2, B6, B12), D və K var. Dəmir və sinq kimi bədən üçün çox vacib olan iki mineral ilə zəngin olan balıq, eyni zamanda yodla zəngindir.
Tərkibindəki laktad (süd) turşusu sayəsində mikroblarla mübarizə aparan qatıq, kefir və ayran kimi məhsullar da soyuqdəymə ilə mübarizə aparır.  
Təbii bir ağrıkəsici olan zəncəfil həm soyuqdəymə, həm də qripin müalicəsində istifadə olunur.
Hər dərdə dərman olan bal, qrip, öskürərk kimi xəstəliklərin yaranmasına səbəb olan mikrobları öldürür. Boğazdakı ağrıları və qıcıqlanmanı azaldan balın bu xüsusiyyətindən faydalanmaq üçün, bir çay qaşığı balın üzərinə 1-2 damcı limon suyu əlavə edərək, istehlak etmək olar.
Boğaz ağrısı və quru öskürəyə faydalı olan darçın immuniteti gücləndirir. Bal və limonla qarışdırılıb yeyilsə, boğaz ağrısına müsbət təsir göstərər.
Antibakterial və təbii antibiotik xüsusiyyətlərinə sahib olan sarımsaq soyuq simptomları aradan qaldırmaqda uğurlu bir ədviyyatdır. Yaxşıca əzilmiş bir ədəd sarımsağa iki çay qaşığı limon suyu və bir çay qaşığı bal əlavə edib, istehlak etdikdə orqanimzdəki mikroblar məhv olar.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top